Telefonumuzun izlənildiyini necə anlaya bilərik? 

Telefonumuzun izlənildiyini necə anlaya bilərik? 

Telefonumuzun izlənildiyini necə anlaya bilərik? 

Smartfondan istifadə edərkən təhlükəsizlik qaydalarına əməl etməsəniz, cinayətkarlar şəxsi məlumatlara giriş əldə edə bilərlər. Bu barədə rusiyalı mütəxəssis Yevgeni Kaşkin bildirib.

O, telefonun izləndildiyinin necə anlanılması ilə əlaqədar danışaraq deyib ki, proqramın telefonun hansı funksiyalarına giriş istəməsinə diqqət yetirmək vacibdir. Bunlara, kameranı, mikrofonu, qalereyanı misal göstərmək olar.

Bir sıra proqramlar üçün bu cür giriş hüquqları məcburidir, lakin belə tələblərin absurd olduğu proqramlar var. Məsələn, evin internet hesabınızın vəziyyətini izləmək üçün proqram təminatı. Etibarsız proqramlar şəxsi məlumatları oğurlaya bilər.

Digər mühüm amil tətbiqlər tərəfindən geolokasiyanın istifadəsidir. Tətbiqlərdə geolokasiyaya giriş telefona nəzarətinin əlaməti ola bilər. Söhbət təkcə GPS-dən yox, həm də mobil məlumatların istifadəsi və müxtəlif veb resurslarına qoşulmaqdan gedir.

Cib telefonu sahibinin xəbəri olmadan olduğu yer məlumatlarını daim göndərməklə hərəkətlərinizi izləyə bilər. Ekspert xəbərdarlıq edir ki, bir sıra proqramlar e-poçt mesajlarını ələ keçirməyə qadirdir. /Oxu.az

Telefonumuzun izlənildiyini necə anlaya bilərik?