Tarkan yeni mahnısından danışdı: "Ümidimi itirmiş kimi idim"

Tarkan yeni mahnısından danışdı: "Ümidimi itirmiş kimi idim"

Tarkan yeni mahnısından danışdı: "Ümidimi itirmiş kimi idim"

Türkiyənin meqastarı Tarkan böyük səs-küyə səbəb olan mahnısı barədə danışıb.

Polemika.az xəbər verir ki, o, sözlərində siyasi motivlər olan və Ərdoğana deyildiyi iddia olunan “Geççek” adlı mahnını pandemiya dövründə yazdığını bildirib:

“Pandemiya, dünyada baş verən kədərli hadisələr, insanlığın narahatedici gedişatı, təbiətin məhv edilməsi kimi hadisələr mənə pis təsir etmişdi. Ümidimi itirmiş kimi idim. Həmin anlarda bu mahnının musiqisi və sözləri məndə daxilən yarandı.

Özümə dedim ki, keçəcək, keçəcək, bu da keçəcək. Hamımıza yaxşı təsir edəcək mahnı yazmaq qərarına gəldim. Bu mahnı, bəlkə, bir az təsəlli, bir az ümid olar deyə düşündüm. Dedim ki, “Geççek” yer üzündə gülümsəməyə vəsilə olar, hamımıza yaxşı təsir edər”.

Qeyd edək ki, kliplə bağlı 150 mindən çox tvit yazılıb və qısa müddət ərzində 10 milyondan çox baxış əldə edib.

Tarkan yeni mahnısından danışdı: "Ümidimi itirmiş kimi idim"