Tahir Kərimli danışdı: Ona göndərilən hədə “zapiska”nı açıqladı – Video

Tahir Kərimli danışdı: Ona göndərilən hədə “zapiska”nı açıqladı – Video

Tahir Kərimli danışdı: Ona göndərilən hədə “zapiska”nı açıqladı – Video

Milli Məclisin deputatı Tahir Kərimli sosial şəbəkələrdə müzakirəyə səbəb olan videosu haqqında açıqlama verib.

“Polemika.az” xəbər verir ki, o hədələrdən danışıb: “Mən istəmədim ki, ailəm, uşağım bilsin. Bu sosial şəbəkələrdə, telefon vasitəsilə olur, dözürsən. 

Yaxşı ki, dünən mənim oğlum məşqdən sonra icazə almışdı ki, dostumgildə qalacağam. Düzü, bunu ilk dəfə deyirəm, ailəm də bilmir, gələndə gördüm ki, qapının açar yerinə bükülmüş “zapiska” qoyulub. Düşündüm ki, bu supulu, işıqpulu qəbzidir. Baxdım ki, burada kiril əlifbası ilə yazılıb ki, səni udacaq əjdaha.... Adamın adı və Moskva ünvanı da yazılıb. 

Mən axırıncı dəfə Milli Məclisdə çıxış edəndə məcbur oldum cərimələrlə bağlı, yol hərəkəti qaydaları, qida təhlükəsizliyi, qaz və digər məsələlər haqqında çıxış etdim. Onsuz da mənim ailəm həmişə narahatlıq içində yaşamağa öyrəşib. 

İnsan bəzən həyatından bezir, ölüm istəyir. Ona görə mən təklikdə çıxış etdim. Amma sonradan bildilər. Evdə də narahat olurlar. Məni öldürməklə nə əldə edə biləcəksən? Televiziyadır, konkret deyə bilmərəm nə qədər belə misallar var. Adam canından bezir, amma məni öldürməklə heç nə əldə olunmayacaq. Əqidə yolu ilə dövlətimin millətimin gələcəyinə inanıram dedim. Təbii ki, mən məlumat verdim müəyyən yerə ki, belə təhdid edirlər”.

Tahir Kərimli danışdı: Ona göndərilən hədə “zapiska”nı açıqladı – Video