Şəhər sakinlərindən “Şuşa” adının dəyişdirilməsinə münasibət: “Onların yerinə utandım” - Video

Şəhər sakinlərindən “Şuşa” adının dəyişdirilməsinə münasibət:

Şəhər sakinlərindən “Şuşa” adının dəyişdirilməsinə münasibət: “Onların yerinə utandım” - Video

Ölkəmizi Rusiyada keçirən beynəlxalq festivalda təmsil edən "Şuşa" ŞHK komandasının adını dəyişərək "Buta" qoyması bir neçə gündür sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Komandanın rəhbəri Müşfiq Abbasov bunun ikinci tura keçmək üçün qarşılarına şərt kimi qoyulduğunu açıqlayıb. 

Polemika.az xəbər verir ki, Baku TV mövzu ilə əlaqədar paytaxt sakinləri arasında sorğu keçirərək onların mövzuya münasibətini öyrənib. 

Şəhər sakinlərinin əksəriyyəti təmsilçilərimizin qərarından narazılıqlarını ifadə ediblər. 

Kimsə "onların yerinə utandım", kimsə də "ad dəyişmək yerinə geri qayıdardılar" kimi fikirlər işlədib. 

Daha ətraflı Baku TV-nin süjetində:

Şəhər sakinlərindən “Şuşa” adının dəyişdirilməsinə münasibət: “Onların yerinə utandım” - Video