“Qalatasaray” “Trabzonspor”a uduzdu

“Qalatasaray” “Trabzonspor”a uduzdu

“Qalatasaray” “Trabzonspor”a uduzdu

Türkiyə Superliqasında 23-cü tura yekun vurulub.

Polemika.az xəbər verir ki, turun mərkəzi matçında "Qalatasaray" doğma meydanda lider "Trabzonspor"u qəbul edib. Oyun meydan sahiblərinin ciddi üstünlüyü ilə başlayıb və çoxsayılı hücumlardan sonra "Cimbom" penalti zərbəsi vurmaq hüququ qazanıb. Aleksandr Çikaldau dəqiq zərbə ilə komandasını irəli keçirib. 

İkinci hissədə uzun müddət "Qalatasaray" hesabı qoruya bilsə də, 84 və 90-cı dəqiqələrdə qapısında gördüyü qollarla məğlub olub.

Qeyd edək ki, komanda ispaniyalı məşqçi Domenek Torrentin başçılığı altında keçirdiyi hər 3 oyundan məğlub ayrılıb. 

Türkiyə Super Liqası

23-cü tur

 

Qalatasaray – Trabzonspor 1:2

Qollar: Çikaldau, 31-pen – Bakasetas, 84, Vişça, 90.

“Qalatasaray” “Trabzonspor”a uduzdu