Şəhid Arəstə Baxışovanın anası və övladları koronavirusa yoluxdu

Şəhid Arəstə Baxışovanın anası və övladları koronavirusa yoluxdu

Şəhid Arəstə Baxışovanın anası və övladları koronavirusa yoluxdu

"Bu dəqiqə sistem altındayam. Koronavirus testimin cavabı müstbət çıxdı. Qaraciyərdən müalicə alıram. Heç qəhrəman anaya baxan yoxdur”.

Polemika.az xəbər verir ki, bu sözləri şəhid Arəstə Baxışovanın anası Məktubə xanım deyib. Məktubə xanım hazırda Arəstə Baxışovanın övladları Mərdan və Zəhranın da səhhətinin pis olduğunu deyib:

"Zəhra, Mərdanın halları pis vəziyyətdədir, soyuqlayıblar, qızdırırlar. Axşam Zəhra yaxşı deyildi, 39 dərəcə qızdırması var idi. Təcili Yardıma zəng elədim, gəlib evdə test götürdülər. Cavab neqativ olsa da, uşaqlarda koronavirusun əlamətləri var. Neçə gündür qızdırmadan alışıb-yanır, titrətmə, bəlğəmli öskürəkdən əziyyət çəkirlər”.

Müalicə xərclərinin öz hesabına olduğunu bildirən Məktubə xanım "YAŞAT” Fonduna bir neçə gün öncə müraciət etdiyini qeyd edib:

"Bu gün zəngimə cavab verilib. Özüm "Bir kart”dan 500 manat çıxardıb kreditlə iynə-dərman almışam. Fonduna dedim heç olmasa dərmanların puluna kömək etsin. Qızımın 600 manat pensiyasını uşaqların iynə -dərmanına vermişəm. Bəs bu uşaqlar nə yeyəcəklər? Çətin durumdayam, heç yerdən köməyim yoxdur. Dərmanların hamısı bahadır"./Modern.az

Şəhid Arəstə Baxışovanın anası və övladları koronavirusa yoluxdu