Səfir: "İran 20 illik strateji saziş layihəsini Rusiyaya təqdim edib"

Səfir: "İran 20 illik strateji saziş layihəsini Rusiyaya təqdim edib"

Səfir: "İran 20 illik strateji saziş layihəsini Rusiyaya təqdim edib"

“İnanıram ki, İran və Rusiyanın ortaq maraqları var və ümumi maraqların mövcudluğu Rusiya ilə qarşılıqlı əlaqə, şübhəsiz ki, regionda təhlükəsizlik faktoru olacaq”.

Polemika.az "Mehr News"a istinadla xəbər verir ki, bunu İranın Rusiyadakı səfiri Kazem Cəlali bildirib.

Onun sözlərinə görə, İran Rusiyaya 20 illik strateji saziş layihəsini təqdim edib.

“Ticari-iqtisadi iəlaqələr indiyədək qaneedici olmayıb və şübhəsiz ki, daha yüksək səviyyəyə yüksəldilə bilər. Rusiyanın İran üçün güclü qonşu, beynəlxalq və regional məsələlərdə İrana tərəfdaş bir ölkə kimi rolunu nəzərə alsaq, İbrahi Rəisinin Moskvaya səfəri iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsində bizim üçün dönüş nöqtəsi ola bilər", - deyə səfir arayış verib.

Kazem Cəlali vurğulayıb ki, səfər zamanı iki prezident arasında çox mühüm strateji məsələlər müzakirə olunacaq 

"Bu səfər çərçivəsində prezidentlər saziş imzalamayacaq, lakin iki ölkə arasında müdafiə və hərbi əməkdaşlıq var və bir qayda olaraq, bu əməkdaşlıq davam edəcək. Mediada təfərrüatlı şəkildə müzakirə olunanlar məsəslələr spekulyasiyalardır". 

İran və Rusiya arasında 20 illik strateji sazişin vəziyyətini izah edin.

Səfir: "İran 20 illik strateji saziş layihəsini Rusiyaya təqdim edib"