Şuşada ermənilərin basdırdığı 1 684 mina tapılıb

Şuşada ermənilərin basdırdığı 1 684 mina tapılıb

Şuşada ermənilərin basdırdığı 1 684 mina tapılıb

"Şuşada ümumilikdə 1 684 ədəd partlamamış mina və silah sursat aşkar edilib".

Polemika.az xəbər verir ki, bu sözləri Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədr müavini Samir Poladov “İşğaldan azad edilən ərazilərə müntəzəm avtobus marşrutlarının açılması” ilə bağlı keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, ümumilikdə 83 obyektdə təmizləmə işləri aparılıb və Şuşa şəhərinin özündə heç bir mina və partlamamış silah-sursat aşkar edilməyib:

“Yeni marşrutlar üzrə sərnişindaşımanı həyata keçirəcək sürücülər mina təhlükəsizliyinə dair təlimlərə cəlb edilib və onlara əsas təhlükəsizlik qaydalarına dair Təlimat kitabçaları təqdim olunub”. 

Şuşada ermənilərin basdırdığı 1 684 mina tapılıb