Suraxanıda şəhidin xatirəsinə bulaq-abidə kompleksi inşa edildi - Fotolar

Suraxanıda şəhidin xatirəsinə bulaq-abidə kompleksi inşa edildi

Suraxanıda şəhidin xatirəsinə bulaq-abidə kompleksi inşa edildi - Fotolar

Vətən müharibəsi şəhidi leytenant Elzar Yusubovun xatirəsini əbədiləşdirmək məqsədilə ailə üzvlərinin yaşadığı Hövsan qəsəbəsində skver və inşa edilmiş bulaq-abidə kompleksinin açılış mərasimi keçirilib.

Polemika.az xəbər verir ki, mərasimdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, RİHB yanında Şuranın üzvləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri və qazilər iştirak edib.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmağı ən böyük şərəf və qürur hissi olduğunu qeyd etdi. O, bildirdi ki, Şəhid adı müqəddəsdir, şəhidlik zirvəsi ən uca, ən ali zirvədir: “Uğrunda ölən varsa, vətən var. Şəhidlik zirvəsinə ucalanların xatirəsi xalqımızın hər bir vətəndaşının qəlbində yaşayır və həmişə də yaşayacaq. Dövlət başçımız İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın birbaşa diqqəti və qayğısı sayəsində dövlətimiz tərəfindən hər bir şəhidin Vətən naminə xidmətləri yüksək qiymətləndirilir, xatirələri əbədiləşdirilir”.

Həmçinin, bulaq-abidə kompleksinin açılış mərasimində əməkdar artist, ADMİU-nin dosenti, Rayon Ağsaqqallar Şurasının sədr müavini Ağalar Bayramov çıxış edərək Vətən uğrunda son damla qanınadək vuruşaraq şəhadətə ucalan bütün şəhidlərimizə Allahdan rəhmət diləmiş və onlara həsr olunan şeirlər səsləndirib. 76 saylı tam orta məktəbin şagird kollektivi də vətənpərvərlik mövzusunda şeirlərlə çıxış ediblər.

Qeyd edək ki, Yusubov Elzar Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Suraxanıda şəhidin xatirəsinə bulaq-abidə kompleksi inşa edildi - Fotolar