Suraxanıda şəhid anım günündə məzarı başında anıldı - Fotolar

Suraxanıda şəhid anım günündə məzarı başında anıldı

Suraxanıda şəhid anım günündə məzarı başında anıldı - Fotolar

44 günlük Vətən Müharibəsində şəhid olan qəhrəman oğullarımızdan Hüseynov İsabala Ceyhun oğlunun anım günü qeyd olunub. 

Polemika.az xəbər verir ki, Anım günü münasibətilə Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şəhidin məzarı ziyarət edilmiş, önünə gül dəstələri düzülərək ruhu böyük ehtiramla yad olunmuşdur. Həmçinin ehsan süfrəsi açılaraq Şəhidin ruhuna dualar oxunmuş, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş bütün Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Anım mərasimində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Etibar Əliyev, Rayon Prokuroru Rəşid Mahmudov, Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Respublikanın əməkdar artisti, ADMİU-nin dosenti, Rayon Ağsaqqallar Şurasının sədr müavini Ağalar Bayramov, RİHB yanında Şuranın üzvləri, Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri, Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin əməkdaşları, Suraxanı Gənclər evinin direktoru, Suraxanı Rayon Gənclər və İdman İdarəsinin rəisi, Şəhid Ailələrinin Müdafiə Cəmiyyətinin sədri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Suraxanı rayon şöbəsinin sədri, “Canlı İşıqfor”un Vətənpərvərlik qrupu və gənclər, Şəhid ailələri və qazilər, Şəhidin doğmaları və yaxınları iştirak etmişlər.

Tədbirdə çıxış edən RİH başçısı Əziz Əzizov torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmağı ən böyük şərəf və qürur hissi olduğunu qeyd etdi. O, bildirdi ki, Şəhid adı müqəddəsdir, şəhidlik zirvəsi ən uca, ən ali zirvədir, Vətən uğrunda ölən varsa, vətəndir! Şəhidlik zirvəsinə ucalanların xatirəsi xalqımızın hər bir vətəndaşının qəlbində yaşayır və həmişə də yaşayacaqdır. Şəhidimizin ailə üzvlərinə dərin hüznlə başsağlığı verən RİH başçısı Allahdan bütün cəmi şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləmişdir.

Həmçinin, tədbirdə Şəhidimiz İsabala Hüseynovun məzun olduğu 318 №li tam orta məktəbin şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda mahnı və şeirlər səsləndirilib.

Qeyd edək ki, İsabala Hüseynov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda”, Cəbrayıl, Qubadlı və Laçın rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərdiyinə görə “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə” , Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə “Cəsur döyüşçü”, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilmişdir.

Suraxanıda şəhid anım günündə məzarı başında anıldı - Fotolar