Sumqayıtda qonşusunu öldürən 22 yaşlı gənc tutuldu

Sumqayıtda qonşusunu öldürən 22 yaşlı gənc tutuldu

Sumqayıtda qonşusunu öldürən 22 yaşlı gənc tutuldu

Fevralın 3-ü saat 22 radələrində Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində 1970-ci il təvəllüdlü Sədiyar Novruzovun öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. 

Sumqayıt şəhər Prokurorluğundan Polemika.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin qonşusu, 2000-ci il təvəllüdlü Ramin Nəzərlinin şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla Sədiyar Novruzova xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ramin Nəzərli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir. 

Sumqayıtda qonşusunu öldürən 22 yaşlı gənc tutuldu