SORĞU! Azərbaycanda normal yaşamaq üçün nə qədər pul lazımdır?

SORĞU! Azərbaycanda normal yaşamaq üçün nə qədər pul lazımdır?

SORĞU! Azərbaycanda normal yaşamaq üçün nə qədər pul lazımdır?

Elektrik və qazın qiymətlərinin qalxması, ərzağın bahalaşması və bunların müqabilində vətəndaşların gəlirlərinin stabil qalması ortaya suallar çıxarır. Bəlli olur ki, insanlar ya aylıq qazandıqları pulu maksimum qənaətlə xərcləməli, ya da əlavə gəlir yeri tapmalıdır ki, yaranan fərqi aradan qaldırsın.

“Polemika.az” öz oxucuları arasında “Azərbaycanda normal yaşamaq üçün 4 nəfərlik ailəyə ayda nə qədər pul lazımdır?” sualı ilə sorğu keçirir. İndi ölkəmizdə ailələrin gəlirlərini ən müxtəliff rəqəmlərlə ifadə etmək mümkündür. Bu rəqəm əksər halda manatla 4 rəqəmli ədədə keçmir. Yəni 1000 manatın altında olur. 

Yaşayış minimunun 175 manat olduğunu nəzərə alsaq, 4 nəfərlik ailə üçün ən azı 700 manat lazımdır.  4 nəfərin yaşayış təminatını 700 manatla qarşılamaq isə o qədər də asan görünmür. Bəs oxucularımız nə düşünür? Azərbaycanda normal yaşamaq üçün 4 nəfərlik ailəyə ayda nə qədər pul lazımdır?

SORĞU! Azərbaycanda normal yaşamaq üçün nə qədər pul lazımdır?