Siyəzəndə 40 yaşlı kişini avtomobil vurdu

Siyəzəndə 40 yaşlı kişini avtomobil vurdu

Siyəzəndə 40 yaşlı kişini avtomobil vurdu

Siyəzən rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Polemika.az xəbər verir ki, hadisə rayonun mərkəzi ərazisində qeydə alınıb. Avtomobil yolu keçən 1982-ci il təvəllüdlü Əliyev Orxan Alay oğlunu vurub.

Ağır xəsarətlər alan yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bel fəqərəsinin sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır./Report

Siyəzəndə 40 yaşlı kişini avtomobil vurdu