Sınaq imtahanına qeydiyyat başa çatır

Sınaq imtahanına qeydiyyat başa çatır

Sınaq imtahanına qeydiyyat başa çatır

Ali təhsil müəssisələrinə sınaq imtahanına qeydiyyat başa çatır.

Polemika.az xəbər verir ki, sınaq imtahanına qeydiyyat bu gün saat 23:59-dək aparılacaq

Sınaq imtahanında iştirakçılara 2022-ci ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının II mərhələsinin modelinə uyğun test tapşırıqları təqdim olunacaq. Sınaq imtahanında istifadə olunacaq test tapşırıqları 11-ci siniflər üçün ümumtəhsil müəssisələrində qüvvədə olan tədris proqramlarının 2022-ci il yanvar ayınadək olan hissəsini, digər siniflər üçün isə tam proqramı əhatə edəcək.

Qeyd edək ki, imtahanlar dekabrın 19-da Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Şəmkir, Qazax,  Şəki, Mingəçevir, Bərdə, Göyçay, Füzuli, Şirvan, Xaçmaz, Lənkəran şəhərlərində təşkil olunacaq. Dekabrın 26-da keçiriləcək coğrafiya fənni üzrə əlavə imtahan isə Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəranda olacaq.

Nəzrin Vahid 

Sınaq imtahanına qeydiyyat başa çatır