"Sevgili deyəndə bəziləri öz yoldaşını, bəziləri isə məşuqəsini nəzərdə tutur"

"Sevgili deyəndə bəziləri öz yoldaşını, bəziləri isə məşuqəsini nəzərdə tutur"

"Sevgili deyəndə bəziləri öz yoldaşını, bəziləri isə məşuqəsini nəzərdə tutur"

Dünən dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da sevgililər günü qeyd olundu. Həmişə olduğu kimi, bu bayram da söz-söhbətsiz, müzakirəsiz ötüşmədi.

Ən çox müzakirə olunan predmetlərdən biri də otellərin ucuz qiymətlərlə xidmət təklif etməsi oldu. Cəmiyyətdə belə bir rəy var ki, Azərbaycanda bir çox adam sevgililər günününü öz məşuqəsi ilə ucuz qiymətə fəaliyyət göstərən otellərdə qeyd edir.

Bu iddialar nə dərəcədə doğrudur? Doğrudanmı ötən gün otellərin qiymətində xüsusi endirimlər oldu? Cəmiyyətin bu məsələdəki rəyi niyə bu qədər kəskindir?

Polemika.az-a danışan turizm və otelçilik üzrə ekspert Cabir Dövlətzadə bildirib ki, burada azad bazar iqtisadiyyatı var və otellər istədiyi qiymətdə xidmət təklif edə bilərlər:

“Əslində, bu məsələyə mən qatılmıram. Çünki sevgililər günü beynəlxalq dərəcədə qəbul olunmuş bir gündür və bütün dünya da onu qeyd edir. Sevgili deyəndə, bəzi insanlar bunu öz yoldaşı, bəziləri isə məşuqəsi olaraq qəbul edir. Yəni bu insanların anlayışına görə dəyişir. Nəticədə bu, azad dünyadır və hər kəsin müəyyən bir məntiqi var və ona görə hərəkət edir. Yəni  kimsəni mühakimə edə bilmərik.

Təbii ki, sevgililər günündə otellər müəyyən kampaniyalar edirlər. Bəziləri bunu əyləncəli proqramla edirlər, bəziləri otelin doluluğu azdırsa, qiyməti azaldır, bəziləri isə çoxaldır. Bu otellərin öz siyasətlərinə görə dəyişir. Digər necə məşhur günlər varsa, bu da dünyaca qəbul olunmuş ən məşhur günlərdən biridir. Bunun da qeyd olunması hər kəsin təbii haqqıdır. Biz buna qarışa bilmərik ki, nəyə görə sevgililər gününü qeyd edirsiniz və kiminlə qeyd edirsiniz?!”

C. Dövlətzadə əlavə edib: “Azad bazar iqtisadiyyatı var və hər kəs öz satışını özü bildiyi şəkildə müəyyən edir. Ona görə də, kimsəni bu barədə mühakimə etmək olmaz. Hər kəsin öz qiymət siyasəti var və onu normal və yaxud xüsusi günlərdə həyata keçirir. Buna da normal şəkildə yanaşmaq lazımdır. Sadəcə otellər bu günün xüsusiyyətindən istifadə edərək, adi günlərə nisbətən daha çox müəyyən qazanc əldə edirlər. Bu da onların normal haqqıdır. Yəni bunun hər iki tərəf üçün normal qəbul edilməsi lazımdır. Otellərin istifadə məqsədi insanların istirahət etmək məkanıdır. İstirahət etmək məkanını da kimsə qısıtlaya bilməz. Normal günlərdəki kimi, burada daha çox tələbat olunur və istifadə olunur.

Bir daha qeyd edirəm, bu insanların normal haqqıdır və istəyidir. Bizim onlara qarışmaq fikrimiz də yoxdur və ya biz bunu, yəni qiymət siyasətini azad bazar iqtisadiyyatında tormozlaya bilmərik. İnsanların fikri onsuz da eyni olmur. Müxtəlif fikirlər olur və müxtəlif fikirlər içərisində də hər kəsin tənqidi bir yanaşması var”.

“Bizim otellərdə qiymət düşürülməsi olmayıb. Çünki biz standart qiymət müəyyən edirik və o qiymətlərlə davam edirik. Hər bir otelin özünəməxsus satış, yəni marketinq siyasəti var və onu tətbiq edir. Kimə nə uyğundursa, onu da edir. Bu da gözəl bir haldır ki, bu və ya digər turizm müəssisələri, eləcə də mehmanxana obyektləri bunu istifadə edirlər. Bu da azad bazar iqtisadiyyatının olması ilə əlaqədardır”, - deyə eskpert yekunlaşdırıb.

Rafi MÜSLÜMOV

"Sevgili deyəndə bəziləri öz yoldaşını, bəziləri isə məşuqəsini nəzərdə tutur"