Separatçılar Xocavənddəki mövqelərimizi atəşə tutdu - RƏSMİ

Separatçılar Xocavənddəki mövqelərimizi atəşə tutdu - RƏSMİ

Separatçılar Xocavənddəki mövqelərimizi atəşə tutdu - RƏSMİ

Azərbaycanın Xocavənd istiqamətində mövqeləri atəşə tutulub.

Azərbaycan Müdafiə Nazirliyindən Polemika.az-a verilən məlumata görə, Azərbaycan Ordusunun Xocavənd rayonunun Tağaverd kəndi istiqamətində yerləşən mövqeləri fevralın 19-u saat 15:40-dan etibarən Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutulub.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən cavab tədbirləri ilə qarşı tərəf susdurulub.

Separatçılar Xocavənddəki mövqelərimizi atəşə tutdu - RƏSMİ