Şabranda quşçuluq sexində yanğın oldu
Şabranda quşçuluq sexində yanğın oldu
Şabran rayonunda ümumi sahəsi 1224 m² olan quşçuluq sexinin içərisində 54 ədəd plastik qab və yerə səpilən saman 450 m² sahədə yanıb.
Polemika.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, sexin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb