Sabirabadda keçmiş məhkumun evndən narkotik və silah tapıldı

Sabirabadda keçmiş məhkumun evndən narkotik və silah tapıldı

Sabirabadda keçmiş məhkumun evndən narkotik və silah tapıldı

Sabirabadda narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Polemika.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, Zahid Yadigarovun yaşadığı ünvana keçirilən baxış zamanı 132 ədəd kibrit qutusunda və sellofan torbalarda ümumi çəkisi 3 kiloqram 112 qram olan marixuana, dibçəklərdə 1045 ədəd çətənə şitilləri, bir ədəd müvafiq sənədləri olmayan ov tüfəngi və 8 ədəd patron aşkarlanıb.

Dindirilmə zamanı Z.Yadigarov cinayət əməlinin səmimi etiraf edib.

Faktla bağlı Sabirabad RPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Sabirabadda keçmiş məhkumun evndən narkotik və silah tapıldı