Sabahın havası: Rayonlarda şaxta olacaq

Sabahın havası: Rayonlarda şaxta olacaq

Sabahın havası: Rayonlarda şaxta olacaq

Milli Hidrometeorologiya Xidməti yanvarın 29-a gözlənilən hava şəraitinin proqnozunu açıqlayıb.

Polemika.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. 

Havanın temperaturu gecə 0-3° isti, gündüz  6-9° isti olacaq.

Bakıda gecə  1-3° isti, gündüz 7-9° isti olacaq. 

Atmosfer təzyiqi 766 mm civə sütunu təşkil edəcək.  

Nisbi rütubət 60-70  % olacaq.

Tibbi-meteoroloji proqnoz

Yanvarın 29-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün  əsasən əlverişlidir. 

Azərbaycanın rayonlarında

Hava əsasən yağmursuz olacaq. Lakin gecə bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı ehtimalı var. 

Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 18°-dək şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.    

Sabahın havası: Rayonlarda şaxta olacaq