Sabahın hava proqnozu

Sabahın hava proqnozu

Sabahın hava proqnozu

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, çiskin olacaq, mülayim cənub-qərb küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən “Polemika.az”a daxil olan xəbərə görə, havanın temperaturu gecə 3-6° isti, gündüz  9-12° isti, Bakıda gecə  4-6° isti, gündüz 10-12° isti olacaq. 

Atmosfer təzyiqi 764 mm civə sütunundan 758 mm  civə sütununa enəcək.  Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz, lakin axşam bəzi dağlıq ərazilərdə yağıntılı olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 14-19° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.   

Tibbi-meteoroloji proqnoz

Fevralın 21-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir. 

Sabahın hava proqnozu