“Sabah” Tiflisdə yarımfinala yüksəldi

“Sabah” Tiflisdə yarımfinala yüksəldi

“Sabah” Tiflisdə yarımfinala yüksəldi

Gürcüstanın Tiflis şəhərində keçirilən “Bendela Cup” turnirində çıxış edən “Sabah”ın U-12 komandası turnirin yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Polemika.az klubun saytına istinadən xəbər verir ki, təmsilçimiz qrup mərhələsində yerli “Dinamo” (Diqomi, 12:0), “Rustavi” (1:2) və “Dinamo” (Batumi, 6:0) komandaları ilə qarşılaşıb. 1/4 finalda Gürcüstanın “Qori” komandasını üstələyən (4:2) “Sabah”ın U-12 komandası yarımfinala vəsiqə qazanıb.

“Sabah” yarımfinalda Gürcüstanın “Rustavi” klubu ilə qarşılaşacaq. Oyun bu gün keçiriləcək.

“Sabah”ın turnirdə keçirdiyi bütün oyunlar:

Qrup mərhələsində:

“Sabah” – “Rustavi” - 1:2

Qol: İlkin Bayramov.

“Dinamo” (Diqomi) – “Sabah” - 0:12

Qollar: İlkin Bayramov, Kəmaləddin Qəhrəmanov, Firdovsi Şeydayev (2), Nizami Nəbiyev, Nihad Hüseynzadə, Ziya Məmmədov, Süleyman Babayev, Ümid Əliyev, Altun Yusifli (2), Vaqif Məmmədov.

“Sabah” – “Dinamo” (Batumi) - 6:0

Qollar: Nihad Hüseynzadə, Firdovsi Şeydayev (2), Kəmaləddin Qəhrəmanov, Nizami Nəbiyev, Ziya Məmmədov.

1/4 final

“Sabah” – “Qori” - 4:2

Qollar: Nihad Hüseynzadə, Ömər Kosayev, Kəmaləddin Qəhrəmanov, Ziya Məmmədov. 

“Sabah” Tiflisdə yarımfinala yüksəldi