Saakaşviliyə yeni diaqnoz qoyuldu

Saakaşviliyə yeni diaqnoz qoyuldu

Saakaşviliyə yeni diaqnoz qoyuldu

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin müalicəsini izləyən həkimlər şurası ona posttravmatik stress pozğunluğu diaqnozu qoyub.

Polemika.az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə şuranın rəhbəri, “Empatiya” təşkilatının rəhbəri Mariam Cişkariani məlumat verib.

“Xəstənin həbsxanada olması və zorakılıq faktları ilə əlaqədar onda posttravmatik stress pozğunluğu sindromu təsdiqlənib. Nevroloji simptomlar da müşahidə olunur. Bilirsiniz ki, söhbət həm də Vernik ensefalopatiyasından da gedir ki, bu, aclıq aksiyasının nəticəsidir”,- deyə Cişkariani bildirib.

Xatırladaq ki, hazırda Saakaşvili Qori hərbi hospitalında müaliəcə alır.

Saakaşviliyə yeni diaqnoz qoyuldu