Saakaşvilidən sensasiyalı bəyanat: "Rusiya Gürcüstana da hücum edəcək"

Saakaşvilidən sensasiyalı bəyanat: "Rusiya Gürcüstana da hücum edəcək"

Saakaşvilidən sensasiyalı bəyanat: "Rusiya Gürcüstana da hücum edəcək"

"Putinin arzusu Ukraynanın tam ilhaqıdır. Təbii ki, bu təhlükə Gürcüstan üçün də mövcuddur".

Polemika.az xəbər verir ki, bu sözləri Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvili "TV Pirveli" kanalına yazılı müsahibəsində bildirib.

O qeyd edib ki, Ukrayna yıxılan kimi, böyük iqtisadi böhran başlayacaq:

"Avropada gürcülərə tələbat azalacaq, çünki indi milyonlarla ukraynalı Avropaya axışacaq və rəqabət artacaq. Bizdə qiymətlər kəskin qalxacaq və lari aşağı düşəcək".

Saakaşvilinin fikrincə, Ukrayna tamamilə ələ keçirilsə, Rusiya Gürcüstana da hücum edəcək: 

"Ukrayna qüvvələri geri çəkilməli olsa, NATO-nun çətiri altında Qərbdə Polşa vasitəsilə Amerika və İngiltərə onları silah və maliyyə ilə təmin edəcək. Ukraynalılar döyüşməyi həqiqətən də bilirlər. O zaman Kiyevi və digər əraziləri geri alacaqlar”, - deyə Saakaşvili əlavə edib. 

Saakaşvilidən sensasiyalı bəyanat: "Rusiya Gürcüstana da hücum edəcək"