Rusu öldürən azərbaycanlının məhkəməsi başlayır

Rusu öldürən azərbaycanlının məhkəməsi başlayır

Rusu öldürən azərbaycanlının məhkəməsi başlayır

2016-cı il, aprelin 3-də Rusiya Federasiyasının Lipetsk vilayətinin Lebedyan şəhərində Rusiya vətəndaşı Bessonov Aleksandr Vitalyeviçin öldürülməsi faktı ilə bağlı araşdırmalar yekunlaşıb. 

Nərimanov rayon prokurorluqdan Polemika.az-a verilən xəbərə görə, Rusiya Federasiyasının İstintaq Komitəsi tərəfindən başlanmış cinayət işi üzrə aparılmış istintaq tədbirləri nəticəsində cinayətin Bakı şəhər sakini İsayev Rəşad Sərdar oğlu tərəfindən törədilməsi müəyyən edilib. Cinayət işi istintaqın davam etdirilməsi üçün ərazi aidiyyəti üzrə Nərimanov rayon prokurorluğuna göndərilib.

İstintaq zamanı müəyyən edilib ki, Rəşad İsayev 2016-cı il aprelin 3-də, saat 01:00 radələrində Rusiya Federasiyası, Lipetsk vilayəti, Lebedyan şəhəri, Turqenev küçəsi 30 ünvanda yerləşən “Veqas” kafesinin qarşısında tanışları ilə hərəkətsiz vəziyyətdə olan avtomobilin salonunda ucadan ifa olunan mahnıların müşaiyəti ilə avtomobilin yanında rəqs edib. Həmin vaxt “Veqas” kafesinə müştəri kimi gəlmiş Aleksandr Bessonovun musiqi səsinin yüksək olması ilə əlaqədar onlara iradını bildirib və tərəflər arasında mübahisə yaranıb.

Rəşad İsayev üzərində gəzdirdiyi bıçaqla Aleksandr Bessonovun sağ ayağına xuliqanlıq niyyətilə qəsdən bir dəfə zərbə vuraraq, sonuncuya sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirmişdi. Nəticədə Aleksandr Bessonov çatdırıldığı xəstəxanada vəfat edib.

Rəşad İsayevin yuxarıda qeyd olunan cinayət əməllərini törətməsi tam sübuta yetirildiyindən ona Cinayət Məcəlləsinin 12.1, 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham elan olunub. Cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Rusu öldürən azərbaycanlının məhkəməsi başlayır