Rusiyanın SWIFT-dən ayrılması prosesinə başlanıldı

Rusiyanın SWIFT-dən ayrılması prosesinə başlanıldı

Rusiyanın SWIFT-dən ayrılması prosesinə başlanıldı

Rusiyanın SWIFT-dən (Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti) ayrılmasına qərar verilib.

Polemika.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın rəsmi “Facebook” səhifəsində məlumat verilib.

“Qərar hələ rəsmiləşdirilməyib, lakin qərarın qəbul edilməsi və bu sanksiyanın həyata keçirilməsi üçün texniki hazırlıqlara başlanılıb. Bütün Ukrayna diplomatiyası işlədi - Ukrayna prezidentindən tutmuş Ukrayna səfirliyindəki attaşeyə qədər.

Bu qərarı dəstəkləmək üçün hökumətlərinə təzyiq göstərən minlərlə insana, xüsusən də Ukrayna diasporuna təşəkkür edirəm. Ukraynalı diplomatlar bu qələbəni Ukraynanın bütün müdafiəçilərinə həsr edirlər”, - məlumatda deyilir.

Rusiyanın SWIFT-dən ayrılması prosesinə başlanıldı