Rusiyanın 102-ci bazası Gümrüdən çıxarılır?

Rusiyanın 102-ci bazası Gümrüdən çıxarılır?

Rusiyanın 102-ci bazası Gümrüdən çıxarılır?

Ermənistan hakimiyyəti 102-ci Rusiya hərbi bazasının Gümrüdən çıxarılması ilə bağlı mətbuatda yayılan xəbəri absurd hesab edir.

Polemika.az "Armenian News"a istinadla xəbər verir ki, bunu Ermənistan Milli Məclisində hakim “Vətəndaş Müqaviləsi” partiyasının parlament fraksiyasının katibi Artur Ovannisyan deyib.

Deputat Ermənistan və Rusiyanın strateji müttəfiqlər olduğunu xatırladıb: 

“Hazırda Ermənistan və Türkiyə arasında xüsusi nümayəndələr vasitəsilə yeni dialoq başlayıb. Münasibətlərinin normallaşması çərçivəsində Rusiya hərbi bazasının çıxarılması ilə bağlı mətbuatda dərc olunan məqalələr şayiələrdir. Belə şayiələr əsassızdır". 

Öz növbəsində, digər deputat Vaan Ovakimyan qeyd edib ki, hərbi bazanın yerləşdirilməsi ilə bağlı saziş 2049-cu ilə qədər qüvvədədir və o, tərəflər və ya tərəflərdən biri tərəfindən istənilən vaxt denonsasiya oluna bilər.

Xatırladaq: “Joqovurd” qəzeti  yazıb ki, Türkiyə ilə münasibətlərin normallaşması Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının çıxarılmasına səbəb ola bilər.

Rusiyanın 102-ci bazası Gümrüdən çıxarılır?