“Rusiya üçün artıq məğlubiyyət zəngi çalınır"

“Rusiya üçün artıq məğlubiyyət zəngi çalınır"

“Rusiya üçün artıq məğlubiyyət zəngi çalınır"

“Əslində, Rusiyanın son günlərdə sərtləşməsi bu ölkənin bilavasitə açıq döyüşdə acizliyini göstərir. Çünki Rusiya son 6 gündə demək olar ki, böyük hərbi məğlubiyyətə uğrayıb”.

Bu sözləri Polemika.az-a açıqlamasında siyasi şərhçi Natiq Miri deyib.

O, ABŞ başda olmaqla, "NATO Rusiya ilə açıq müharibəyə girə bilərmi" sualına belə cavab verib:

“Rusiya rəhbərliyi daha çox azğınlaşır. Çünki Rusiyanın geriyə çəkilmə imkanı yoxdur. Geri çəkilmə, əslində, Rusiya rəhbərliyinin demək olar ki, həm dünyada, həm də Rusiya ictimaiyyətində gözündə tamamilə məhvi deməkdir. Ancaq bu cür aqresivləşmə Rusiya rəhbərliyini perspektivdə xilas etməyəcək. Artıq Ukraynada geridönməz proses başlayıb və bu proses, xüsusilə də, Rusiya siyasi rəhbərliyinin məğlubiyyəti ilə bağlı olan başqa bir proses başladıb. Rusiya rəhbərliyinin heç bir vəchlə uduşu yoxdur”.

N. Miri əlavə edib:

“Qərb dünyası və NATO müharibədə vəkalətən iştirak edir. Artıq onlar Ukraynanı ciddi şəkildə həm maliyyə, həm hərbi sursatla təchiz edir. Bu da, əslində, gözlənilən idi. Onlar əvvəldən Rusiyaya xəbərdarlıq edirdi ki, Ukraynaya təcavüz qərarı böyük səhvdir. Çünki Ukrayna qara dəlikdir və dəlik sizi özünə çəkə bilər”.

Siyasi şərhçinin sözlərinə görə, Putinin verdiyi ən yanlış strateji qərar Ukraynaya hərbi müdaxilədir, çünki Qərb dünyasına da lazım olan məhz bu idi:

“Rusiya üçün prosesin artıq məğlubiyyət zəngi çalınır. Proses Rusiyanın yaxın onilliklərdə bütün sahələrdə uğraya biləcəyi məğlubiyyətdən xəbər verir. O, təkcə Putin rejimini məhv etməyəcək, acı meyvələri, əlbəttə, rus xalqı da dadacaq.

Qərb Rusiyanın Ukraynada məğlub olacağına ciddi şəkildə inandığından bu işə baş qoşub"”.

Rafi MÜSLÜMOV

 

“Rusiya üçün artıq məğlubiyyət zəngi çalınır"