Rusiya nüvə silahından istifadə etsə, dəhşətli qırğın olacaq – Azərbaycanlı professor 

Rusiya nüvə silahından istifadə etsə, dəhşətli qırğın olacaq – Azərbaycanlı professor 

Rusiya nüvə silahından istifadə etsə, dəhşətli qırğın olacaq – Azərbaycanlı professor 

Nüvə silahı çox qüvvətli partlayış yaradan aviasiya bombadır. Son dərəcə sürətlə və külli miqdarda ayrılan enerji nüvə partlayışı kimi meydana çıxır, öz gücünə və zədələyici amillərinin xarakterinə görə adi döyüş sursatlarının partlayışından fərqlənir.

İlk atom bombası İkinci dünya müharibəsinin sonunda ABŞ-da hazırlanıb. Atom bombası havada (istənilən hündürlükdə, yer səthində və su altında, lazımı dərinlikdə) partladıla bilər. Sonuncu dəfə 1945-ci ilin iyulunda ABŞ atom bombasını sınaqdan çıxardıqdan sonra Yaponiyanın Xirosima (avqustun 6-da) və Naqasaki (avqustun 9-da) şəhərlərinə partlayış gücü 20 min ton trotil partlayışına ekvivalent olan 2 bomba atıb. Xirosimada 200 minə yaxın adam ölüb və itkin düşüb, sonralar şüa xəstəliyindən və yaralanmadan daha 35 min adam ölüb.

Artıq 4 gündür Rusiya-Ukrayna müharibəsi davam edir və 77 il sonra ilk dəfə Rusiya Ukraynaya qarşı nüvə silahından istifadə edə biləcəyini açıqladı. Rusiya artıq nüvə qüvvələrini hazır vəziyyətə gətirib.

Nüvə silahının atılması neçə milyon insanın ölümünə səbəb olub, hansı ölkələrə daha çox təsir edə bilər?

Radiasiya Problemləri İnstitutunun professoru İslam Mustafayev məsələ ilə bağlı Polemika.az-a danışıb. O bildirib ki, Nüvə silahı Naqasaki və Xirosimaya atıldığı kimi atılsa, vəziyyət çox pis olacaq:

“Nüvə silahının hansı trayektoriyanı seçib, harada partladılmağından çox şey asılıdır. Yer üzərində, atmosferdə, suyun altında partladıla bilər.

İlk növbədə nüvənin gücü, ikinci növbədə harada partladılması önəmlidir. 1000 nüvə silahı sınağını Amerika, 750-sini isə keçmiş SSRİ keçirib. Nüvə sınağı səbəbindən xəstələnmə ola bilər, lakin ölüm nadir hallarda baş verir. Nüvə sınağı zamanı yaxın ətrafda insanlar olmur, yerin altında episentr olur. Lakin Nüvə silahından qırğın kimi istifadə etsələr, Naqasakiyə, Xerosimaya atdığı kimi atsalar, bu çox dəhşətli olacaq. Rusiyanın özünə də ziyandır. Mən düşünürəm ki, Rusiya nüvə silahı məsələsini Ukraynanı qorxutmaq üçün ortaya atıb”.

Professor Nüvə silahının Ukraynanın ətrafında olan bütün ölkələrə təsir edə biləcəyini söyləyib:

“Əgər nüvə silahı atılsa, Ukraynanın ətrafında olan bütün ölkələrə təsir edəcək. Azərbaycana da təsir edə bilər. Çernobil partlayışı zamanı ən həssas bitkilər Azərbaycanda da olmadı. Eyni zamanda su axınları ola bilər, hava ilə xəstəlik keçə bilər. Yəni Nüvənin istifadəsi çox dəhşətli hərəkətdir. Ümid edirəm ki, ruslar bu fikirdən daşınacaqlar. Hazırda beynəlxalq aləmdə o cür silahların istifadə olunması həmin ölkənin iradəsindən asılı deyil. Bu silahdan istifadə etməyə cəhd edən ölkə dərhal bloklanır”.  

Mehri QURBAN

Rusiya nüvə silahından istifadə etsə, dəhşətli qırğın olacaq – Azərbaycanlı professor