Rusiya iki şəhərdə müvəqqəti atəşkəs elan edib

Rusiya iki şəhərdə müvəqqəti atəşkəs elan edib

Rusiya iki şəhərdə müvəqqəti atəşkəs elan edib

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Mariupol və Volnovaxa şəhərlərində müvəqqəti atəşkəs elan edildiyini və humanitar dəhlizlərin açılacağını bildirib. Lakin Ukrayna atəşkəsə əməl olunmadığını bəyan edir.

Bu, Rusiyanın Ukraynada apardığı müharibənin 10-cu günündə ilk atəşkəsdir.

Atəşkəs Mariupol və Volnovaxanı tərk etmək istəyən mülkilər üçün yaxşı xəbər sayılır. Bu, həmçinin yerli hakimiyyətə ərzaq, yanacaq və tibbi ləvazimat kimi ehtiyatları yeniləmək imkanı yaradır.

Mariupolun meri humanitar dəhliz elan edildikdən sonra deyib ki, şəhər yalnız "küçə və evlər" deyil, o, həmçinin sakinlərin yaşadığı yerdir.

"İşğalçıların davamlı amansız atəşi qarşısında sakinlərə Mariupolu təhlükəsiz tərk etmək imkanı verməkdən başqa çıxış yolu yoxdur", - Vadim Boyçenko deyib.

Rusiya iki şəhərdə müvəqqəti atəşkəs elan edib