Rus oliqarxların villaları ukraynalı qaçqınlara verilsin - Təklif

Rus oliqarxların villaları ukraynalı qaçqınlara verilsin - Təklif

Rus oliqarxların villaları ukraynalı qaçqınlara verilsin - Təklif

"Ölkənin cənubunda çoxlu dəbdəbəli villaları olan rus oliqarxlarının iqamətgahları müsadirə olunaraq ukraynalı qaçqınlara verilsin".

Polemika.az xəbər verir ki, bunu Fransada prezident seçkilərində iştirak edəcək Kommunist Partiyasının namizədi Fabyen Russel bildirib.

Russel öz "Tvitter" hesabında yazıb: "Rusiya prezidenti Vladimir Putinə yaxın rus oliqarxların ölkənin cənubundakı Kot d'Azur çimərliklərində çox qiymətli villalara sahibdirlər. Dövlət onları müsadirə etməli, Ukraynadan olan qaçqınlar həmin villalarda yerləşdirilməlidir”.

Bununla bərabər, Putinin boşanmış xanımına məxsus olduğu bildirilən dəbdəbəli villanın qapısına Ukrayna bayrağı və Putin əleyhinə şüar yazılıb.

Fransa Nəqliyyat Nazirliyi Ukraynadan olan qaçqınlar üçün dəmir yolu xidmətlərinin pulsuz olacağını açıqlayıb.

Nəqliyyat naziri Jan-Baptis Cebbari ukraynalı qaçqınların bütün qatar xidmətlərindən, o cümlədən ölkə daxilində uzun məsafəli səyahətlərdən ödəniş etmədən faydalana biləcəklərini açıqlayıb.

 

Rus oliqarxların villaları ukraynalı qaçqınlara verilsin - Təklif