"Rus ayı"sı mesaj verir: "Bütün Avropanı oda bürürəyərəm"

"Rus ayı"sı mesaj verir: "Bütün Avropanı oda bürürəyərəm"

"Rus ayı"sı mesaj verir: "Bütün Avropanı oda bürürəyərəm"

Ukrayna və Rusiya arasında gərginləşən münaqişənin hər an hərbi toqquşmaya çevirilmə ehtimalı qalmaqdadır. Bu müdaxilə, iddia olunduğu kimi, fevral ayında olacaq, yoxsa “rus ayısı” hələ də qış yuxusundan oyanmayıb?

Polemika.az-a danışan siyasi şərhçi Nadir Şəfiyev düşünür ki, hər iki tərəfin Ukraynada və onun sərhədlərində ordu yığmağasının öz məntiqi var:

“İnsaf xatirinə qeyd edək ki, Rusiya öz hüdudları ətrafında çox ciddi bir cəmləşməni görür və buna cavab olaraq özünü qorumaq və sığortalamaq üçün Belarusa və Ukrayna sərhədlərinə öz ordusunu yerləşdirir. Bununla da, bir növ, hədələyir ki, əgər ballistik raketlərdən istifadə edərək, Rusiyaya həmlə edərsinizsə, mən bütün Avropanı oda bürürəyərəm. 

Digər tərəfdən, real olaraq Üçüncü Dünya müharibəsinin aktiv fazaya keçməsi mümkündür. Mən dəfələrlə demişəm ki, hazırda Üçüncü Dünya müharibəsi gedir, amma başqa formatda. Yəni aktiv fazada deyil”, - deyə mütəxəssis yekunlaşdırıb.

Rafi MÜSLÜMOV

 

"Rus ayı"sı mesaj verir: "Bütün Avropanı oda bürürəyərəm"