“Ramiz Mehdiyevlə bağlı düyməyə basılıb” – İsa Qəmbər 

“Ramiz Mehdiyevlə bağlı düyməyə basılıb” – İsa Qəmbər 

“Ramiz Mehdiyevlə bağlı düyməyə basılıb” – İsa Qəmbər 

“Bu gün səhv etmirəmsə AMEA-nın ümumi toplantısı keçiriləcək. Ümumi toplantıya, adətən, Akademiyanın bütün akademikləri və müxbirləri dəvət olunur. Onlar bir araya gəlirlərsə, planlı şəkildə deyil, yəni növbədənkənar iclas keçirirlərsə, çox güman ki, Rami Mehdiyevin vəzifədən kənarlaşdırılması məsələsi orada həll olunacaq”.

“Polemika.az” xəbər verir ki, bu sözləri “LAF TV”yə müsahibəsində Müsavat Partiyasının lideri İsa Qəmbər deyib. O, Ramiz Mehdiyev ətrafında baş verən qalmaqalı belə şərh edib:

“Mən təcrübəmdən bilirəm və uzun illər Akademiyada çalışmışam və Akademiya sistemini az-çox bilirəm. Bilirəm ki, Akademiyanın ümumi toplantısı, adətən, ildə bir dəfə olur və əgər növbədənkənar çağırılırsa, deməli, hansısa təcili bir məsələ var. Təcili məsələ də düşünmürəm ki, Ramiz Mehdiyevin kənarlaşdırılmasından başqa bir söhbət olsun. 

Çünki son bir ayda bu mövzu xeyli aktuallaşıb və əvvəlcədən Akademiyanın bir sıra institutlarının direktorları, tanınmış alimlər Ramiz Mehdiyevə qarşı yazılar yazırdılar. Sonra isə bu kampaniyaya, artıq hakimiyyət nümayəndələri də və hətta media da qoşuldu. Ən təəccüblüsü də odur ki, bir sıra deputatlar, özü də o deputatlar ki, onların adı, adətən Ramiz Mehdiyevlə bağlanırdı, onlar da onun əleyhinə artıq danışmağa başladılarsa, deməli, haradasa bir düymə basılıb və qərar verilib.

Görünür, hakimiyyət Ramiz Mehdiyevin bütün bunlardan nəticə çıxarıb özünün sakitcə istefa verməsini gözləyirmiş, amma görüblər ki, bu adamın öz başına getməyə fikri yoxdur, yəqin o məqsədlə də toplantı keçirilir”.

“Ramiz Mehdiyevlə bağlı düyməyə basılıb” – İsa Qəmbər