Ramiz Mehdiyevin ətrafında nə baş verir? - "Hakimiyyətdə olan "rusbaşları uzaqlaşdırmaq istəyirlər"

Ramiz Mehdiyevin ətrafında nə baş verir? - "Hakimiyyətdə olan "rusbaşları uzaqlaşdırmaq istəyirlər"

Ramiz Mehdiyevin ətrafında nə baş verir? - "Hakimiyyətdə olan "rusbaşları uzaqlaşdırmaq istəyirlər"

Son günlər AMEA prezidenti Ramiz Mehdiyevlə bağlı qalmaqal böyüyür. Ölkənin ən nüfuzlu adamları AMEA rəhbərini istefaya çağırmağa başlayıb. Bu gün akademik Rafael Hüseynov da həmin siyahıya daxil olub.

Bu çağırışların kökündə nə dayanır?

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Polemika.az-a açıqlamasında Ramiz Mehdiyevlə bağlı süni gündəm yaradıldığını qeyd edib:

“İndiki halda Ramiz Mehdiyevə hücum ictimai rəyi çaşdırmaq məqsədi güdür. Hakimiyyətdə təmsil olunan və xalqı narahat edən “rusbaşlar”ın uzaqlaşdırılması məsələsi, hakimiyyətdə olan Rusiyanın digər nümayəndələrini diqqətdən kənarda saxlamaq, daha çox bu gün ictimai-siyasi posta nəzarət edən adamları gözardı etmək məqsədilə süni şəkildə qabardılır. AMEA prezidenti kimi Ramiz Mehdiyev ölkənin siyasi həyatında iştirak etmir və təhlükə törətmir. Düzdür onun tərəfdarları var. Hər halda hakimiyyətdə olan Rusiyanın yüksək rütbəli emissarları ilə müqayisədə Ramiz Mehdiyev məsələsi süni gündəm kimi ortalığa çıxarılıb”.

Cəlaloğlu Mehdiyevin yaşının onun üçün heç bir problem yaratmadığını da bildirib:

“Ramiz Mehdiyevin fəaliyyəti qalıb kənarda, yaşını müzakirə edirlər. Azərbaycanda müəyyən bir düşüncə var. Bu adam cavandı yaxşı iş görər, bu qocadı. Guya gənclər Azərbaycan xalqına o qədər xidmət edib ki, qalıb qocalar. Yaşından asılı olmayaraq bir insanın fəaliyyətinə baxmaq lazımdır ki, onun fəaliyyəti yararlıdır ya yox”.

Mehri QURBAN 

Ramiz Mehdiyevin ətrafında nə baş verir? - "Hakimiyyətdə olan "rusbaşları uzaqlaşdırmaq istəyirlər"