Ramiz Mehdiyevin istefa ərizəsi sabah Prezidentə təqdim olunacaq

Ramiz Mehdiyevin istefa ərizəsi sabah Prezidentə təqdim olunacaq

Ramiz Mehdiyevin istefa ərizəsi sabah Prezidentə təqdim olunacaq

“Sabahkı iclasda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) prezidentinin vəzifədən istefa verməsi məsələsi müzakirə olunacaq”.

Polemika.az xəbər verir ki, bu barədə Modern.az-a AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli bildirib.  

O xatırladıb ki, AMEA prezidenti Ramiz Mehdiyev istefa verməsi barədə Rəyasət Heyətinə müraciət etmişdi:

“Rəyasət Heyətinin üzvləri həmin müraciətə baxıb onu məqsədəuyğun saydılar. Sabah işdən çıxması məsələsi dəqiqləşdiriləcək. Sabah iclasda qəbul olunan qərar yuxarı instansiyalara göndəriləcək. Yəqin ki, sabah prezidentə təqdim ediləcək. AMEA-nın prezidentliyinə namizədlərin kim olacağı barədə bir fikrim yoxdur. Öncəgörmə ilə məşğul deyiləm. Bununla maraqlanmıram".

Özünün AMEA prezidentliyinə namizədliyinə gəlincə, İ.Həbibbəyli bunu xoş qarşılamadığını deyib:

"Ümumiyyətlə müxtəlif şəxslərin namizədliyilə bağlı adlarının hallanması xoş məsələ deyil. Mənim adımı hallandıranlar özləri bilər. Yalandan-palandan yayırlar. Kimin adını hallandırırlarsa, mənasız söhbətlərə cəlb etmək istəyirlər. Mən ciddi adamam, elə məsələlərə baş qoşmuram”. 

Ramiz Mehdiyevin istefa ərizəsi sabah Prezidentə təqdim olunacaq