"Qərbin Rusiyanı devirməyə gücü çatar, lakin..." - Fransalı ekspert

"Qərbin Rusiyanı devirməyə gücü çatar, lakin..."

"Qərbin Rusiyanı devirməyə gücü çatar, lakin..." - Fransalı ekspert

“Müharibənin nəticəsi nə olursa-olsun, Rusiya yıxılmayacaq”.

Bu sözləri Polemika.az-a açıqlamasında Fransanın “Sosial Elmlərdə Fənlərarası Tədqiqatlar Mərkəzi”nin direktoru Naim Asas deyib.

O, Ukrayna müharibəsindən sonrakı yeni dünya nizamında Rusiyanın zəifləmə potensialını, eləcə də əsas masada Çin və ABŞ-ın rolundan danışıb:

“BMT Təhlükəsizlik Şurasında Çin və Hindistan Ukrayna münaqişəsi tarixində Rusiyanın əleyhinə səs verməyib. Bu üç ölkə və Şanxay Əməkdaşlıq Təşkilatının digər üzvləridir və dünya əhalisinin 42%-ni və qlobal ÜDM-in 25%-ni təşkil edir. Yeni ittifaqlar olacaq və Rusiya bundan zərərsiz çıxacaq. Digər tərəfdən, Avropada uzun müddət münaqişə riski var və bu da avropalıları zəiflədir.

Rusiyanın böyük resursları var. Hazırda o, Avropanı qazla təchiz edir, sabah isə öz qazını başqa ölkələrə satacaq. Avropa Rusiyasız yaşaya bilməz. Rusiya iqtisadiyyatı çökməyəcək, sanksiyalar olacaq, amma avropalılar Rusiya ilə danışıqlar aparacaqlar”.

Naim Asas əlavə edib: “Dünyanın xəritəsi dəyişəcək, bütün beynəlxalq qurumlar, beynəlxalq münasibətlər dəyişəcək. Avropa və Amerika dünyaya hakim ola bilməz.

Rusiya heç vaxt Qərbin hökmranlığını qəbul etmir. Zəif Rusiyanın dünya üçün təhlükə olacağını isə heç düşünmürəm.

Bilməlisiniz ki, rusların əksəriyyəti millətçidir. Onlar işğalı dəstəkləyir və Ukraynanı öz vətənləri, hətta tarixi torpaqları hesab edirlər. Qərbin Rusiyanı devirmək gücü var, lakin bu çətin prosesdir və inanmıram ki, Rusiya çöksün.

Rusiyanın bir çox tərəfdən sabitliyi pozulacaq. Asiyada Əfqanıstan problemi, Avropada isə Ukrayna məsələsi və iqtisadi sanksiyalar. Təbii ki, bunlar Avropa və NATO-nun göstərişi ilə olacaq.

Onu da qeyd edim ki, Pakistan Baş nazirinin ötən həftə Rusiyaya səfəri təsadüfi olmayıb. Amerika Pakistanın əli ilə Əfqanıstan ərazisindən istifadə edərək regionda, xüsusən də, Rusiya sərhədlərində problem yaratmağı düşünür”, - deyə o qeyd edib.

Rafi MÜSLÜMOV 

"Qərbin Rusiyanı devirməyə gücü çatar, lakin..." - Fransalı ekspert