"Qərb ancaq məsləhət verir, NATO daha qərarlı olmalı idi" - Ərdoğan

"Qərb ancaq məsləhət verir, NATO daha qərarlı olmalı idi" - Ərdoğan

"Qərb ancaq məsləhət verir, NATO daha qərarlı olmalı idi" - Ərdoğan

Rəcəb Tayyib Ərdoğan Qərb ölkələrinin Ukraynaya doğru addım atmadığını, sadəcə məsləhətlə kifayətləndiyini açıqlayıb.

Polemika.az xəbər verir ki, Türkiyə Prezidenti əlavə edib: "Bu, adi bir qınamaya çevrilməməliydi. NATO daha qətiyyətli addım atmalı idi".

Ukraynadakı türk vətəndaşlarının təhlükəsiz bölgələrdən təxliyəsinin planlaşdırıldığını qeyd edən Ərdoğan bildirib: "Həm səfirliyimiz, həm də baş konsulluğumuz Ukraynadakı vətəndaşlarımızın təxliyyəsi üçün hər cür addımı atmağa hazırdır".

Cümə namazından sonra jurnalistlərin suallarını cavablandıran prezident gündəmlə bağlı açıqlamalar verib.

“Təəssüf ki, Avropa Birliyi və bütün Qərb mentalitetləri hazırda ciddi və qətiyyətli mövqe nümayiş etdirməyib. Avropa İttifaqı Ukraynaya bol-bol məsləhət verir. Bəs onlar nə edəcəklər? Hər hansı addım atmısınız?

Bugünkü NATO sammitində hansı addımları atacağınızdan danışacağıq. İndiyədək çoxlu məsləhətlər verən Qərb məsləhətlərini davam etdirir”.

"Qərb ancaq məsləhət verir, NATO daha qərarlı olmalı idi" - Ərdoğan