Qəbələdə dağ yolunda avtomobildə köməksiz qalanlar xilas edildi

Qəbələdə dağ yolunda avtomobildə köməksiz qalanlar xilas edildi

Qəbələdə dağ yolunda avtomobildə köməksiz qalanlar xilas edildi

Qəbələ rayonunun Laza kəndində yolun qarlı-buzlu olması səbəbilə “Toyota” markalı minik avtomobilinin dərəyə sürüşmə təhlükəsinin yaranması, sürücü və sərnişinin soyuq hava şəraitində köməksiz vəziyyətdə qalması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Polemika.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə сəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində avtomobilin təhlükəsiz əraziyə çıxarılması təmin edilib.

Qəbələdə dağ yolunda avtomobildə köməksiz qalanlar xilas edildi