"Qoç ət" restoranındakı yanğında 3 nəfər zəhərləndi - Foto

"Qoç ət" restoranındakı yanğında 3 nəfər zəhərləndi

"Qoç ət" restoranındakı yanğında 3 nəfər zəhərləndi - Foto

Fövqəladə Hallar Nazirliyi Bakıda restoranda baş verən yanğınla bağlı məlumat yayıb. 

FHN-dən Polemika.az-a verilən məlumata görə, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 1200 m² olan (hər mərtəbəsi 240 m²) beşmərtəbəli restoran binasının fasadına bərkidilən bacada yağ qalıqları və damında quraşdırılan havalandırma sistemində 1 ədəd mühərrik yanıb. Yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

 

"Qoç ət" restoranındakı yanğında 3 nəfər zəhərləndi - Foto