Qobu qəsəbəsində 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd edilib

Qobu qəsəbəsində 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd edilib

Qobu qəsəbəsində 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd edilib

Abşeron rayonunun Qobu qəsəbəsində şəhid analarının 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd edilib. 

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin göstəriş və tövsiyələrinə uyğun olaraq Qobu qəsəbə bələdiyyəsinin və icra nümayəndəliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə Şəhidlər Xiyabanı ziyarət olunub, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Birinci və İkinci Qarabağ müharibəsi və Aprel döyüşləri zamanı şəhidlik zirvəsinə yüksələn 17 Qobu qəhrəmanının valideynlərinin qatıldığı tədbirdə Azərbaycanın döyüş meydanında qazandığı qələbədən, oğullarımızın göstərdiyi şücaətdən danışılaraq respublikamızda şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində böyük diqqət və qayğının göstərildiyi qeyd edilib. 

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid anaları təbrik edilərək qeyd olunub ki, Azərbnaycan qadınları vətənpərvərliyin, milli təəssübkeşliyin simvoludur və onların böyütdüyü, tərbiyə verdiyi igidlərin sayəsində 30 il işğal altında qalan torpaqlarımız azad olunub. 

Daha sonra çıxış edən şəhid anaları Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın timsalında bütün Azərbaycan qadınlarının bayramını təbrik edib, onlara göstərilən daimi diqqət və qayğıya görə ölkə başçısına təşəkkürlərini ifadə ediblər. 

Sonda məktəblilər vətənpərvərliyə, qələbəya aid şeirlər səsləndiriblər. 

 

Qobu qəsəbəsində 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd edilib