Qısqanclıq qısnamaları: “Bacısı kiminləsə görüşmək istəyəndə...” - Qadın qətllərinin pərdəarxası

Qısqanclıq qısnamaları: “Bacısı kiminləsə görüşmək istəyəndə...”

Qısqanclıq qısnamaları: “Bacısı kiminləsə görüşmək istəyəndə...” - Qadın qətllərinin pərdəarxası

Son zamanlar ölkədə ailədaxili zorakılıqların sayı artıb. Bəzən buna səbəb kimi qısqanclıq hissi göstərilir. Hətta əksər cinayətlərin qısqanclıq zəminində baş verdiyi bildirilir. Təəssüf ki, analoji cinayətlərin sayı günbəgün artmaqdadır. 

Bəs bu vəziyyətin yaranmasında günahkar kimdir? İnsan ölümünə səbəb olan cinayətlərin baş verməsində cəmiyyətin məsuliyyəti varmı?

Psixoloq Gülər Məmmədova Polemika.az-a açıqlamasında deyib ki, cütlüklər arasındakı bu problem onların xarakterindən qaynaqlanır:

“Qısqanclıqla bağlı problem hələ qədimdən mövcuddur. Sadəcə, insanların indi müəyyən bir hərəkətə yol verməsi çox adiləşib. Əslində, heç bir kişi özünü başqası ilə bölüşmək istəmir. Bu günləri insanların hislərinin, duyğularının ifadə olunması çox rahat şəkildədir. Cütlüklərdə olan bu problem onların xarakterindən asılıdır. Xarakter bunu təsdiqləyirsə, orada qısqanclığa da, şiddətə də, müəyyən aqressiv davranışlara da yol veriləcək. Bu insanın xarakterindən asılı olan bir şeydir”.

Psixoloqun sözlərinə görə, bu qısqanclıq deyil, xəstəlikdir:

“Özünü təsdiqləyə bilməyib, mütəmadi şübhə içində yaşayan insanlar var. Elələri var ki, qadının pəncərədən baxmasını belə qısqanır. Bunlar nevroloji hal pozuntuları hesab olunur. Bu pozuntunu qısqanclıq kimi dəyərləndirirlər. Diaqnoz qısqanclıq qoyulur, heç kim demir ki, nə üçün sinir sistemimdə problemi olan insanlar həkimə getmir, müalicə almırlar. Burada müəyyən bir davranış pozuntusu var. Bunu araşdırmaq lazımdır. Bu qısqanclıq deyil, xəstəlikdir. Qadını bağlı qapı arxasında saxlamaq sağlam təfəkkür deyil.

Bu hallara göz yumanlar da həmin insanla eyni ruhdadırlar. Çünki bağlı qapı arxasında qalmağı qəbullanırlar. Eybi yoxdur, ölmərəm deyir. O, bundan sonra baş verəcəkləri göz önünə gətirə bilmir. Sonra da gec olur. Zamanında özünə dəyər verə bilsəydi, əminliklə yanaşsaydı bunlar baş verməzdi. Və yaxud da konfiliktli ailələr var. Həyat yoldaşını mütəmadi olaraq qısqanır. Bu xəstəlik həddinə çatır. İnsanlar fərqinə varmır. Bunu görən qadın düşünür ki zamanında atam da anamı qısqnırdı. Qısqanırsa, sevir deməkdir. Bu patoloji hal pozuntusu hesab olunur. Bəzi qadınlar da bunu fərqli dəyərləndirirlər”.

G.Məmmədova qeyd edib ki, bu cür valideynlər daha sonra övladlarına da təsir edirlər:

“Daha sonra öz övladlarına da təsir edirlər. Həmin uşağı o cür analar, atalar böyüdür. Ana uşağa deyir ki, “bacının, ananın qeyrəti sənin əlindədir. Sən qorumalısan”. Bu da oğlan uşağına ixtiyar verir ki, bacının, ananın işinə qarışsın. Bu düzgün izah edilmədiyindən uşaq öz doğruları ilə yaşayır. Deyir atam yoxdursa, sizi idarə edən mənəm. Genetik olaraq uşaqları o cür tərbiyyə edirlər. Özləri necədirsə, uşaqlarını da həmin tipdə böyüdürlər. Bacısı kiminləsə görüşmək, sevişmək istəyəndə qeyrət faktoru ortaya çıxır. Ümumiyyətlə, sağlam münasibət qurmaq üçün hər iki tərəf bir-birni dinləməlidir. Psixoloji müayinədən keçmələri şərtdir”.

Nəzrin Vahid 

Qısqanclıq qısnamaları: “Bacısı kiminləsə görüşmək istəyəndə...” - Qadın qətllərinin pərdəarxası