Qısa müddətdə məşhur olan Nəzakət: “Sevinj stories”də hansı möcüzə ola bilər? - Video

Qısa müddətdə məşhur olan Nəzakət: “Sevinj stories”də hansı möcüzə ola bilər? -

Qısa müddətdə məşhur olan Nəzakət: “Sevinj stories”də hansı möcüzə ola bilər? - Video

İnstaqram sosial şəbəkəsinin gündəliyi formatında “Sevinj stories” adlı layihə böyük marağa səbəb olub. Polemika.az-ın qonağı izləyicilərin böyük marağına səbəb olan layihənin baş qəhrəmanı Nəzakət Heydərovadır:

- “Zəhər tuluğu” filmində Şəms rolunu canlandırmısan, bundan əvvəl hansısa ekran işində rol almısan? 

- “Zəhər tuluğu”ndan əvvəl hər hansı ekran işində rol almamışam. Bir filmdə rol almışam. Hazırda da “Sevinj Stories” layihəsində rol alıram.

- Bundan sonra yenə hər hansı ekran işində rol almaq istəyərsən?

- Bundan sonra da filmlərdə rol almaq istəyərəm. 

- Necə oldu ki, 9 yaşında aktrisa olmaq qərarına gəldin? Bu maraq nədən yarandı?

- Əslində, “Zəhər Tuluğu”nun çəkilişləri üçün uşaq axtaranda video üzərindən seçim edirdilər. Orxan əmi (Orxan Mərdan) və Taleh əmi (Taleh Yüzbəyov) məni “İnstagram”dan tapıb seçmişdilər. 

- Ailə üzvlərin arasında bu sənətdə olan varmı? 

- Ailə üzvlərimdən heç kim bu sənətdə deyil. Mən ilkəm.

- Ölkənin tanınmış aktyorları ilə eyni filmdə rol almısan, bu təcrübə sənə nələr qazandırdı? Onların setdə sənə münasibəti necə idi?

- Məşhurlarla eyni səhnədə rol almaq mənə xeyli təcrübə qazandırdı.

- “Harry Potter”in kiçik aktyorları illər sonra çəkilişlərin dərslərinə çox mane olduğunu, hətta filmin setində dərslərinə hazırlaşdıqlarını açıqlamışdılar. Səndə vəziyyət necədir dərslərini çatdıra bilirsənmi? 

- Dərslərimi çatdıra bilirəm. Çəkilişlər ya məktəb tətil olanda, ya da həftəsonları olur.  Filmlər mənim dərslərimə mane olmur. 

- Əlaçısan?

- Bəli.

- Gələcəyini də aktrisa olaraq görürsən? Bu ixtisasa hazırlaşacaqsanmı?

- Böyüyəndə aktrisa olmaq istəyirəm.

 - Hazırda “Sevinc Stories” layihəsi ilə gündəmdəsən. Reklam təklifləri yaxud digər layihələrdə iştirak üçün təkliflər alırsan? 

- Bəli, təkliflər alıram. Təkliflərin nə olduğunu isə açıqlamaq istəmirəm.

- Sənin "Sevinj Stories" layihəni izləyənlər bu projeni çox bəyənirlər. Balaca bir qızın gözündən baş verənləri gözəl şəkildə göstərirsən. Çəkiliş zamanı həqiqətəndə o zamanı görməsən belə, orada baş verənləri hiss edə bilirsən? Duyğuların necə olur?

- Mən “Sevinj Stories”in çəkilişlərində Xocalı faciəsini görməsəm də onu yaşayaraq oynayırdım. Hətta rolda ağlayanda bəzən həqiqətən ağlayırdım, çünki həmin an ağlıma gəlirdi ki, mən indi belə hiss edirəmsə, görəsən, real Sevinc nələr hiss edib? 

- Yazılan şərhlərin çoxu müsbətdir, lakin insanlar balaca Sevincin taleyinin nə ilə bitəcəyini çox gözəl bilirlər. Bir möcüzə olacaqmı?

- Sevincin həyatında möcüzə baş verib-verməyəcəyini ancaq hekayəni izləyərək bilə bilərsiniz.

Qısa müddətdə məşhur olan Nəzakət: “Sevinj stories”də hansı möcüzə ola bilər? - Video