Qazaxıstan parlamenti Rusiya ilə hərbi əməkdaşlıq sazişini təsdiqlədi

Qazaxıstan parlamenti Rusiya ilə hərbi əməkdaşlıq sazişini təsdiqlədi

Qazaxıstan parlamenti Rusiya ilə hərbi əməkdaşlıq sazişini təsdiqlədi

Qazaxıstan parlamenti Senatının (yuxarı palatası) deputatları Rusiya ilə hərbi əməkdaşlıq haqqında sazişin ratifikasiyası haqqında qanun layihəsini təsdiqləyiblər.

Polemika.az "RİA “Novosti”yə istinadla xəbər verir ki, Qazaxıstan və Rusiya arasında hərbi əməkdaşlıq haqqında saziş 2020-ci il oktyabrın 16-da Nur-Sultanda imzalanıb.

Bundan əvvəl Qazaxıstan müdafiə nazirinin müavini Darın Tuyakov parlamentarilərə bildirmişdi ki, saziş iki dövlət arasında hərbi əməkdaşlığı yeniləmək və daha da inkişaf etdirmək məqsədi ilə imzalanıb, çünki 1994-cü il müqaviləsinin müddəaları köhnəlib.

Parlamentin qəbul etdiyi qanun imzalanmaq üçün dövlət başçısına göndərilir.

Qazaxıstan parlamenti Rusiya ilə hərbi əməkdaşlıq sazişini təsdiqlədi