"Qarabağ"ın rəqibi səfərdə qələbə qazandı

"Qarabağ"ın rəqibi səfərdə qələbə qazandı

"Qarabağ"ın rəqibi səfərdə qələbə qazandı

"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Marsel" Fransa çempionatında növbəti oyuna çıxıb.

Polemika.az xəbər verir ki, komanda 24-cü turda  "Metz"in qonağı olub və 2:1  hesablı ilə qalib gəlib.

"Metz" - "Marsel" - 1:2

Qollar:  Bakambu, 26 (0:1),  Maiga, 52 (1:1),  Milik, 82 (1:2)

Bu qələbə ilə  xalını 46-ya yüksəldən "Marsel" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Siyahıya 59 xalla PSJ başçılıq edir.

Qeyd edək ki, "Marsel" Konfrans Liqasında fevralın 17-i "Qarabağ"ı qəbul edəcək. Komandalar 1 həftə sonra isə Bakıda üz-üzə gələcək.

"Qarabağ"ın rəqibi səfərdə qələbə qazandı