Səfir: "Ticarət dövriyyəsi 2 ildə 1 milyard dollara çatacaq"

Səfir: "Ticarət dövriyyəsi 2 ildə 1 milyard dollara çatacaq"

Səfir: "Ticarət dövriyyəsi 2 ildə 1 milyard dollara çatacaq"

“Tehranla Bakı arasındakı iqtisadi münasibətlər koronavirusa görə, xüsusən də sərhəd bölgələrində pozulub, lakin iki ölkənin rəsmiləri qısa müddətdə onları yaxşılaşmaq və gücləndirmək əzmindədirlər".

Polemika.az IRNA-ya istinadla xəbər verir ki, bunu İranın Azərbaycan Respublikasındakı səfiri Abbas Musəvi bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında ticarətin hazırkı həcmi 400 milyon dollar həcmindədir, lakin bu göstərici önümüzdəki 2 ildə 1 milyard dollara çatacaq.

Azərbaycan Respublikası ilə sərhəd-ticarət mübadiləsinin payının artırılmasının gündəmdə olduğuna bildirən səfir vurğulayıb: "Ərdəbil vilayəti və Biləsvar şəhəri iki ölkə arasında siyasi-iqtisadi əlaqələrin genişlənməsində təsirli rola malikdir. Birgə İqtisadi Komissiyasının növbəti iclasında Biləsuvar-Muğan sərhəd terminalından nəqliyyat-tranzit əlaqəsinin bərpası müzakirə olunacaq və qərar qəbul ediləcək".

Səfir: "Ticarət dövriyyəsi 2 ildə 1 milyard dollara çatacaq"