“Qarabağ”dan tarixi uğur

“Qarabağ”dan tarixi uğur

“Qarabağ”dan tarixi uğur

"Qarabağ" UEFA Konfrans Liqasında pley-off mərhələsinə vəsiqəni təmin edib.

Polemika.az xəbər verir ki, buna İsveçrə "Bazel"inin IV tur matçında Kiprdə "Omoniya" ilə 1:1 hesablı heç-heçə etməsi səbəb olub.

Qazaxıstanda "Kayrat"a 2:1 hesabı ilə qalib gələn "Qarabağ"ın H qrupunda ilk 2 sıradan birini tutacağı dəqiqləşib. Hazırda 10 xalla qrup lideri olan təmsilçimiz "Omoniya" (2 xal) və "Kayrat" (1 xal) üçün artıq əlçatmazdır. "Qarabağ"la yanaşı, 8 xalı olan "Bazel" də növbəti mərhələyə adlayıb.

Beləliklə, "Qarabağ" avrokuboklarda qrupdan çıxan ilk Azərbaycan klubu kimi tarixə düşüb.

Qeyd edək ki, Konfrans Liqasında qrup qalibləri birbaşa 1/8 finala yüksəlirlər. 2-ci yeri tutanlar isə Avropa Liqasında öz qrupunu 3-cü sırada tamamlayan kollektivlərlə pley-off matçları keçirəcəklər.

“Qarabağ”dan tarixi uğur