“Qarabağ” “Marsel”lə səfər oyununu Fransada keçirə biləcək

“Qarabağ” “Marsel”lə səfər oyununu Fransada keçirə biləcək

“Qarabağ” “Marsel”lə səfər oyununu Fransada keçirə biləcək

“Qarabağ” Konfrans Liqasının pley-off mərhələsində “Marsel”lə səfər oyununu Fransada keçirə biləcək.

Polemika.az xəbər verir ki, Fransa hökuməti "Marsel"in müraciətini müsbət cavablandıraraq, görüşün ölkədə keçirilməsinə icazə verib.

Fransanın idman naziri Roksana Marasinyanu da Çin və Rusiya peyvəndindən istifadə edən idmançıların ölkəyə gələ biləcəyini açıqlayıb. Onun sözlərinə görə, xarici idmançılar ölkələrində tam peyvənd təqvimini təqdim etmələri və ciddi sağlamlıq protokoluna əməl etmələri şərti ilə Fransaya buraxılacaqlar. Futbolçular qarşılaşmanın startından 24 saat əvvəl test verməlidirlər

Xatırladaq ki, "Qarabağ"ın futbolçularına vurulmuş "Sinovac" vaksini Fransada tanınmır. Buna görə də, oyunun neytral ölkədə keçirilməsi variantı gündəmdə idi.

Qeyd edək ki, "Qarabağ"ın "Marsel"lə ilk oyunu fevralın 17-də səfərdə, cavab görüşü isə fevralın 24-də Bakıda olacaq. (qol.az)

“Qarabağ” “Marsel”lə səfər oyununu Fransada keçirə biləcək