Azərbaycanlı futbolçular Türkiyə çempionatında üz-üzə gələcək

Azərbaycanlı futbolçular Türkiyə çempionatında üz-üzə gələcək

Azərbaycanlı futbolçular Türkiyə çempionatında üz-üzə gələcək

Bu gün Türkiyə 1-ci Liqasında 11-ci tura yekun vurulacaq.

Polemika.az xəbər verir ki, turun son oyun günündə azərbaycanlı futbolçuların çıxış etdiyi komandalar üz-üzə gələcək.

Namiq Ələsgərovun çıxış etdiyi "Bursaspor" öz meydanında Vüsal İskəndərlinin oynadığı "Keçiörengücü"nü qəbul edəcək.

Qarşılaşma Bakı vaxtilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, 10 turdan sonra 11 xal toplayan "Bursaspor" 12-ci, 7 xalı olan "Keçiörengücü" isə 18-ci pillədə qərarlaşıb.

Azərbaycanlı futbolçular Türkiyə çempionatında üz-üzə gələcək