"Qarabağ" dünyanın ən yaxşı futbol klublarının arasında

"Qarabağ" dünyanın ən yaxşı futbol klublarının arasında

"Qarabağ" dünyanın ən yaxşı futbol klublarının arasında

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası 2022-ci ilin fevral ayı üçün ən yaxşı 200 klubun yer aldığı siyahını açıqlayıb.

Polemika.az xəbər verir ki, siyahıda Azərbaycan klublarından yalnız  1-i  yer alıb. Bu, "Qarabağ"dır. Ağdam təmsilçisi  85,6 xalla162-ci pillədə qərarlaşıb.

Siyahıya Braziliyanın "Atletiko Mineyro" klubu başçılıq edir. Niderland "Ayaks"ı 2-ci, Braziliya "Palmeyras"ı 3-cüdür.

Qeyd edək ki, qurum klubların yeni reytinq siyahısını əvvəlkitək ildə bir dəfə yox, ayda bir dəfə açıqlayacağını elan edib.

"Qarabağ" dünyanın ən yaxşı futbol klublarının arasında