“Trabzonspor” gürcü futbolçu ilə müqavilə imzalayacaq

“Trabzonspor” gürcü futbolçu ilə müqavilə imzalayacaq

“Trabzonspor” gürcü futbolçu ilə müqavilə imzalayacaq

 

Türkiyə Super Liqasının ilk yarsını lider tamamlayan "Trabzonspor" transfer dönəminə hazırlaşır.

Polemika.az "TRT Spor"a istinadən xəbər verir ki, "qırmızı-mavilər" gürcü futbolçu İrakli Azarovla anlaşıb.

19 yaşlı yarımüdafiəçisi müqavilə imzalamaq üçün Türkiyəyə gəlib. Batumi "Dinamo"su ilə anlaşan "Trabzonspor"dan gürcüstanlı futbolçunun transferi ilə bağlı rəsmi açıqlama gözlənilir.

Qeyd edək ki, "Trabzonspor" bundan əvvəl Evrard Kouassi ilə 3,5 illik müqavilə imzalayıb.

Xatırladaq ki, "Trabzonspor"un heyətində müxtəlif zamanlarda ümumilikdə 6 gürcü futbolçu çıxış edib. Onlardan ən tanınmışları Şota və Arçil Arveladze əkiz qardaşları olub.

“Trabzonspor” gürcü futbolçu ilə müqavilə imzalayacaq