Qanunsuz küçə ticarəti – Reyd keçirildi

Qanunsuz küçə ticarəti – Reyd keçirildi

Qanunsuz küçə ticarəti – Reyd keçirildi

Paytaxtda qanunsuz küçə ticarəti ilə bağlı reydlər keçirilir. 

Polemika.az Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat Xidmətinə istinadla xəbər verir ki, BŞİH və Bakı Şəhər Baş Polis İdarəsi bu yöndə birgə fəaliyyət göstərir.

Tədbirlərlər zamanı səkiləri zəbt edərək piyadaların hərəkətini çətinləşdirən, küçələrdə antisanitar vəziyyət yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılar aşkarlanıb. Bakı Şəhər Ticarət və Xidmət Departamenti və polis əməkdaşları həmin şəxslərlə izahedici söhbətlər apararaq yalnız müəyyən olunan yerlərdə ticarətlə məşğul olmalarını onların diqqətinə çatdırıblar.

Reyd zamanı qanunsuz küçə ticarəti ilə məşğul olan 10-dan çox vətəndaş barəsində İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsi ilə protokol tərtib olunub.

 

Qanunsuz küçə ticarəti – Reyd keçirildi